AMD Telecom
Abunəçi bilgilərinin dəqiqləşdirilməsi xidməti nömrənin cari istifadəçisi tərəfindən nömrəyə dair bilgiləri SMS vasitəsilə öyrənməyə imkan yaradır.
Sadəcə istifadə etdiyi nömrədən “6800” qısa nömrəsinə boş SMS göndərərək, nömrənin abunəçisi haqqında bilgiləri (Ad, Soyad və Ata adı) SMS vasitəsi ilə dəqiqləşdirə biləcək.
Xidmət çərçivəsində yalnız SMS göndərilən nömrənin məlumatının təqdim edilməsi nəzərdə tutulub.
Xidmətdən SMS, USSD kod, eləcə də “Azercell Kabinetim” mobil tətbiqi vasitəsilə istifadə tamamilə pulsuzdur.
Xidmət korporativ abunəçilər istisna olmaqla bütün fakturalı və fakturasız (Sim-Sim) xətt abunəçiləri üçün nəzərdə tutulmuşdur.
Əlavə məlumat: Əgər nömrənin abunəçisi digər şəxs olarsa, nömrənin faktiki istifadəçisi və nömrənin abunəçisi öz şəxsiyyət vəsiqələri ilə Azercell müştəri xidmətlərinə müraciət edərək nömrəni faktiki istifadəçinin adına keçirdə bilər.
Əgər cavab SMS-də nömrə bilgilərinin natamam olduğu barəsində məlumat daxil olarsa, nömrənin faktiki istifadəçisi öz şəxsiyyət vəsiqəsi ilə Azercell müştəri xidmətlərinə müraciət edərək, müvafiq prosedurlar əsasında məlumatları tamamlaya bilər.
Xidmətdən istifadə korporativ abunəçilər üçün nəzərdə tutulmadığı üçün istifadə zamanı abunə haqqı tutulmur. Xidmətdən istifadə həmçinin MND etmiş abunəçilər üçün mümkündür, lakin nömrənin addan-ada keçirilməsi standart MND şərtlərinə əsasən aparılır.
Xidmətdən istifadə *680#YES USSD kodu vasitəsi ilə də mümkündür.
6800 qısa nömrəsinə göndərilən SMS-in qiyməti 0.01 AZN təşkil edir.
Xidmət və SMS haqqı hər göndərilən sorğuya görə hesablanır.
Bakcell mobil nömrələrin qeydiyyatı və addan ada keçirilməsi prosesinin sadələşdirilməsi üçün yeni xidmət istifadəyə vermişdir.
Artıq Bakcell abunəçiləri (korporativ və MND abunəçilər xaric) *540#yes kodunu yığaraq, istifadəsində olan nömrənin kimin adına olduğunu öyrənə bilər. Bundan sonra abunəçi öz istifadəsindəki
Bunun üçün, kodu yığan abunəçi, şəxsiyyət vəsiqəsi və istifadəsində olan nömrənin SİM kartı ilə istənilən Bakcell Müştəri Xidmətləri Mərkəzinə yaxınlaşaraq, nömrəni müvafiq Bakcell proseduraları çərçivəsində öz adına keçirdə bilər.
Bu xidmət vasitəsi ilə sən, istifadə etdiyin nömrənin rəsmi olaraq kimin adına olduğunu öyrənə bilərsən.
Xidmətdən istifadə etmək üçün *575#YES şifrəsini yığmaq kifayətdir. Cavab olaraq təqdim olunacaq SMS-də nömrənin rəsmi istifadəçisinin adı, soyadı və ata adı qeyd olunacaq. Xidmətdən istifadə tamamilə pulsuzdur.